RU
Rusiya XİN: Gümrüdən hərbi bazanın çıxarılması ilə bağlı Ermənistandan heç bir müraciət almamışıq
12:00
23

Rusiya XİN: Gümrüdən hərbi bazanın çıxarılması ilə bağlı Ermənistandan heç bir müraciət almamışıq

Rusiya Ermənistanın Gümrü şəhərində yerləşən hərbi bazanın çıxarılması ilə bağlı müraciət almayıb.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onun sözlərinə görə, Moskva hələ də hesab edir ki, Gümrüdə yerləşən Rusiya hərbi bazası Ermənistanın və Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının mühüm elementidir.

"Ermənistan tərəfdən bazanın çıxarılması ilə bağlı heç bir müraciət almamışıq”, – Qaluzin qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ