RU
Moldova parlamenti yeni hökumət kabinetinin tərkibini təsdiqləyib
22:30
1186

Moldova parlamenti yeni hökumət kabinetinin tərkibini təsdiqləyib

Moldova parlamenti baş nazir Nataliya Qavrilitsanın rəhbərlik edəcəyi yeni hökumət kabinetinin tərkibini təsdiqləyib.

Bu barədə Moldova Parlamentinin spikeri İqor Qrosu bildirib.

Nataliya Qavrilitsa hökumət proqramını və yeni nazirlər kabinetinin tərkibini təsdiq üçün parlamentə təqdim edib. Parlament sədri bildirib ki, 61 parlamentari yeni hökumət kabinetinin tərkibini təsdiqləyib.

Baş nazir Qavrilitsa Nazirlər Kabinetinin ən qısa müddətdə işə başlayacağını və ilk hökumət iclasının gələn həftə keçiriləcəyini bildirib.

Yeni hökumət kabineti mövcud kabinetdən daha böyük olacaq, 9 nazirlik yerinə 13 nazirliyə sahib olacaq.

Qeyd edək ki, Moldova Prezidenti Maya Sandu seçkilərdə qalib gələn "Fəaliyyət və Həmrəylik" partiyasının təşəbbüsü ilə keçmiş maliyyə naziri Nataliya Qavrilitsanın baş nazir postuna namizəd göstərib./apa

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ