RU
Moldovanın keçmiş prezidentinin ev dustaqlığının müddəti uzadılıb
13:30
194

Moldovanın keçmiş prezidentinin ev dustaqlığının müddəti uzadılıb

Moldovanın keçmiş prezidenti İqor Dodonun ev dustaqlığının müddəti daha daha 30 gün uzadılıb.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bunu eks-prezidentin işini aparan prokuror Petr Yarmalyuk bildirib.

O deyib ki, məhkəmə ev dustaqlığının daha 30 sutka - avqustun 20-dək uzadılması barədə qərar çıxarıb.

Qeyd edək ki, mayın 24-də Moldovanın keçmiş prezidenti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Dodon korrupsiyada və qanunsuz varlanmada şübhəli bilinir. Siyasətçi günahsız olduğunu deyərək, özünə qarşı irəli sürülən ittihamları rədd edir.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ