Monteneqronun xarici işlər naziri Ranko Krivokapiç ABŞ, Böyük Britaniya və Kanada rəhbərliyinin NATO müttəfiqləri ilə birlikdə Rusiyaya girişinin qadağan edilməsini şərəf adlandırıb.
Bu barədə Ranko Krivokapiç tviterdə yazıb.
"Mən dəyərli müttəfiqlərin və dostların - ABŞ-ın dövlət katibi Entoni Blinkenin, Böyük Britaniyanın baş naziri Liz Trasın, Kanadanın xarici işlər naziri Melani Colinin və NATO-dan olan digər şəxslərin əhatəsində olmaqdan şərəf duyuram”, - deyə Krivokapiç bildirib.








