Rusiyada son 24 saatda koronavirusdan 785 nəfər ölüb.
Bu barədə Koronavirusa qarşı mübarizə üzrə Əməliyyat Qərargahı məlumat yayıb.
Beləliklə, pandemiya başlayandan bəri Rusiyada COVID-19-dan ölənlərin ümumi sayı 160.137 nəfərə çatıb.
Moskva şəhəri ölüm sayında yenidən önə çıxıb - 76 nəfər. Rusiya paytaxtında yoluxma sayı da yüksəkdir - 3330.
Ümumən son 24 saatda Rusiyada koronavirusa 23.508 yoluxma qeydə alınıb.








