RU
Moskvada qismən səfərbərlik başa çatdı
15:30
159

Moskvada qismən səfərbərlik başa çatdı

Rusiya paytaxtı Moskvada qismən səfərbərlik tamamlanıb.
7News.Az "Kommersant” nəşrinə istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, səfərbərlik məntəqələri oktyabrın 17-si saat 14:00-da bağlanır: "Bununla da yaşayış yeri və müəssisələrə səfərbərlik prosesində göndərilmiş çağırış vərəqələri öz qüvvəsini itirir”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 14-ü Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasının yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib ki, səfərbərlik çərçivəsində orduya 220 min nəfər cəlb olunub.

Xatırladaq ki, Rusiyada sentyabrın 21-i qismən səfərbərlik elan olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ