Rusiya paytaxtı Moskvada qismən səfərbərlik tamamlanıb.
7News.Az "Kommersant” nəşrinə istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.
Onun sözlərinə görə, səfərbərlik məntəqələri oktyabrın 17-si saat 14:00-da bağlanır: "Bununla da yaşayış yeri və müəssisələrə səfərbərlik prosesində göndərilmiş çağırış vərəqələri öz qüvvəsini itirir”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 14-ü Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasının yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib ki, səfərbərlik çərçivəsində orduya 220 min nəfər cəlb olunub.
Xatırladaq ki, Rusiyada sentyabrın 21-i qismən səfərbərlik elan olunub.








