RU
12:40
34

"Müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir" - DEPUTAT



"1875-ci il 22 iyul tarixi ölkəmiz üçün, xalqımız üçün çox əlamətdar bir gündür. Həsən bəy Zərdabinin çox böyük zəhmətlə ərsəyə gətirdiyi Azərbaycan dilində nəşr olunan "Əkinçi” qəzeti ölkəmizin ictimai siyasi həyatında böyük rol oynamışdır. Milli mətbuatımızın ilk nümunəsi olan bu qəzet sonradan mətbuatın inkişafına mühüm töhfə olmaqla lokomotiv rolunu oynamışdır”.
Bunu 7news.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.
"Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımızın inkişafı müstəqillik illərində də davam etmişdir. Ulu Öndər Heydər Əliyevin milli mətbuatımıza verdiyi dəstək Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaratmışdır. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Ulu Öndər demək olar hər səfərində hər görüşdə KİV nümayəndələri ilə söhbət edir, onların qayğısına qalır və tövsiyyələrini verirdi. Məhz bunun nəticəsidir ki illər keçdikcə milli mətbuatımız ölkənin ictimai siyasi həyatında daha mühüm rol oynamağa başladı”.
Deputat qeyd edib ki, əlbəttə bu cür addımlar müasir dövrümüzdə də atılır. Prezident İlham Əliyevin tez tez media nümayəndələri ilə görüşləri, xalqı maraqlandıran məsələlərə şəxsən özünün aydınlıq gətirməsi, beynəlxalq media forumlarının keçirilməsi və s. azad mətbuata ölkəmizdə göstərilən diqqət və qayğının təzahürüdür. Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ