RU
Mübariz Qurbanlı dini ekstremistlərə qarşı keçirilən əməliyyatdan danışdı
15:40
442

Mübariz Qurbanlı dini ekstremistlərə qarşı keçirilən əməliyyatdan danışdı

"Dövlət Təhlükəsizlik Xidmətinin dini ekstremistlərə qarşı keçirdiyi əməliyyat həmin qrupları hansısa formada maliyyələşdirən dairələri ayıltmalıdır”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M. Qurbanlının fikrincə, həmin dairələr başa düşməlidir ki, hüquq-mühafizə orqanları Azərbaycanda vətəndaşların, dövlətin təhlükəsizliyi üçün, ictimai-siyasi sabitliyin qorunması üçün hər zaman hazırdır: "Əminəm ki, bu cür əməliyyatlar zərurətdən irəli gəlib. O şəxslər ki, Azərbaycanda terror törətmək, dini radikal qruplara qoşularaq onun vasitəsilə Azərbaycanda ictimai-siyasi sabitliyə xələl gətirmək istəyir, onlara qarşı qətiyyətli olmalıyıq. Onları ictimai qınağa çəkməliyik və cəmiyyət qarşısında ifşa etməliyik”.

Qeyd edək ki, DTX-nin oktyabrın 25-də Xırdalan şəhərində keçirdiyi əməliyyatla Bakıda terror aktı törətməyə hazırlaşan dini ekstremist terror təşkilatının tabeliyini qəbul etmiş 3 nəfər məhv edilib./apa

 

7news.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ