Görmə imkanları məhdud iki istedadlı gənc Zeynəb və Fərqanın "Könül dünyası" gecəsi keçirilib.
Qonaqlar bir-bir səhnəyə çıxaraq gənc yazarlara xeyir-dualar veriblər. Onlardan biri də Mətanət Əliverdiyeva olub. O, Zeynəbi təbrik etdikdən sonra səhnədə "Sarı gəlin" mahnısı ifa edib. Bu zaman müğənni Elnarə də ona qoşulub. Müğənni aparıcıya yarı ciddi, yarı zarafat "Müğənnilər qırılıb ki, sən mahnı oxuyursan?", - deyib.
Onun bu sözlərini aparıcı gülüşlə qarşılayıb və ifasına davam edib.








