RU
Muğlada daha bir zəlzələ baş verib
22:50
384

Muğlada daha bir zəlzələ baş verib

Muğlanın Datça bölgəsində 4,1 bal gücündə daha bir zəlzələ olub.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla saat 20:40-da qeydə alınıb.

AFAD-dan verilən məlumata görə, Egey dənizinin Datça sahilində zəlzələ yerin 7,6 kilometr dərinliyində baş verib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 15:38-də eyni məkanda 5 bal gücündə zəlzələ baş verib.

Seysmoaktivlik artan ərazidə avqustun 1-də 5,5 maqnitudada zəlzələ qeydə alınmışdı.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ