RU
lombard
Nardaranda həlak olan polislərdən biri Avropa çempionu imiş
12:44
532

Nardaranda həlak olan polislərdən biri Avropa çempionu imiş

Tağıyevin oğlu cəmi 2 həftə əvvəl doğulmuşdu.

Nardaranda şəhid olan polislərdən ikincisinin də idmançı olduğu müəyyənləşib.

38 yaşında dünyasını dəyişmiş İsmayıl Tağıyev ağırlıqqaldırma ilə məşğul olub.

O, Azərbaycan çempionu, idman ustası, beynəlxalq yarışların iştirakçısı, veteranlar arasında Avropa çempionu idi.

Şəhid polis 2012-ci ildə Lənkəran Şəhər Olimpiya İdman Kompleksində veteran ağır atletlər arasında keçirilmiş Avropa çempionatında 105 kq və 105 kq-dan yuxarı çəki dərəcələrində qızıl medal qazanıb.

İ.Tağıyevin iki oğlu, bir qızı var. Oğlu cəmi 2 həftə əvvəl doğulmuşdu.

Allah rəhmət eləsin!/report

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ