Daxili İşlər Nazirliyində aparılan struktur dəyişikliklər nəticəsində Bakı Şəhər Baş Polis İdarəsində 1 idarə və 1 şöbə ləğv edilib. "Yenisabah.az"ın əldə etdiyi məlumata görə, ləğv olunan qurumlar Narkotiklərlə Mübarizə İdarəsi və Daxili Təhqiqatlar Şöbəsidir. Faktla baglı DİN-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov faktı nə təsdiq, nə də təkzib etdi.