NATO himayəsi altında Kosovoda fəaliyyət göstərən beynəlxalq missiya (NATO KFOR) regionun şimal hissəsində baş vermiş atışma ilə bağlı araşdırma aparır.
7NEWS.Az xəbər verir ki, bu barədə NATO KFOR "Twitter"də yazıb.
Xatırladaq ki, Serbiya mediası 25 dekabrda Kosovo polisinin xüsusi təyinatlı bölmələrinin Zubin Potok yaşayış məntəqəsi yaxınlığında qurulan barrikadalarda olan serblərə hücum etdiyini bildirib.
7NEWS.Az








