"NATO 2022-ci ilin əvvəllərində NATO-Rusiya Şurasının iclasını keçirməyi təklif edir”.
7NEWS.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq açıqlama verib. O, bununla belə, alyansın Ukraynanın NATO-ya üzvlük məsələsində Rusiyanın etirazlarını nəzərə almayacaqlarını təkrar edib.
"NATO heç zaman Ukraynanın öz yolunu seçməsi və alyansa üzv olması mövzusunda Rusiya ilə kompromisə getməyəcək”, - deyə Baş katib qeyd edib.
7NEWS.Az








