Ötən gündən başlayaraq Naxçıvan Muxtar Respublikasının (MR) ərazisinə qar yağır.
7News.Az Nuhçıxan agentliyinə istinadən xəbər verir ki, noyabrın 25-də səhər saatlarından başlayan qar Muxtar Respublikanın dağlıq və dağətəyi ərazilərində yerləşən yaşayış məntəqələrində davam edib.
Hazırda Naxçıvan ərazisində soyuq və yağıntılı hava şəraiti hökm sürür.
7News.Az








