RU
Naxçıvanda kafedən oğurluq edən şəxs saxlanılıb
16:00
236

Naxçıvanda kafedən oğurluq edən şəxs saxlanılıb

Naxçıvan Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 28-nə keçən gecə Naxçıvan dəmir yolu stansiyası ərazisindəki kafelərin birindən 527 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini T.Fərəczadə müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyindən 7NEWS.Az-a verilən xəbərə görə, araşdırma aparılır.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ