RU
Nazir: Azərbaycanla danışıqlarımız davam edir
10:49
450

Nazir: Azərbaycanla danışıqlarımız davam edir

“Fərqli ssenarilərimiz var”.

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak Rusiya ilə yaşanan “Təyyarə böhran”ından sonra ölkədə təbii qaz probleminin yarana bilmə ehtimalı ilə bağlı “A Haber" telekanalının suallarını cavablandırıb. 

7News.Az xəbər verir ki, nazir bildirib ki, Azərbaycan mövcud qaz tədarükü apardığımız ölkələrdən biridir. İran eləcə də Azərbaycanla bu barədə danışıqlarımız davam edir. 

Nazir həmçinin bu qış mövsümündə əhalinin təbii qazla bağlı problemin olmayacağına arxayın olduğunu bildirib:

“Əvvəlki illərdə yaşadığımız problemlər ilə əlaqədar fərqli ssenarilər üzərində işləmişik. Yaxşıdan pisə qədər ssenarilərimiz var. Ümid edirik ki, bu qış mövsümündə təbii qaz ilə bağlı sıxıntı yaşamayacağıq”, - deyə Albayrak deyib.  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ