RU
Nazir: Manatın devalvasiyası qaçılmaz idi
22:37
303

Nazir: Manatın devalvasiyası qaçılmaz idi

“Atılan addımlar yaranmış makroiqtisadi duruma adekvatdır”.

Dünya bazarlarında xam neftin qiymətinin kəskin azalması nəticəsində xarici valyutada daxilolmaların azalması ölkəmizin tədiyyə balansında keyfiyyətcə yeni vəziyyət yaradıb və manatın məzənnəsinin əhəmiyyətli dərəcədə enməsini qaçılmaz edib.

7news.az-ın Apa-ya istinadən məlumatına görə, bu barədə ölkə başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunan iclasda maliyyə naziri Samir Şərifov bildirib.
 
Nazirin sözlərinə görə, qlobal iqtisadi proiseslərin ölkəmizə mənfi təsirləri ilə əlaqədar hökumətin və Mərkəzi Bankın atdığı kəsərli addımlar yaranmış makroiqtisadi duruma adekvatdır. O, qeyd edib ki, bunu digər neft istehsalı və ixracı ilə məşğul olan ölkələrin timsalında da görmək olar.
 
“Qlobal reytinq agentlikləri ölkəmizdə gedən prosesləri yaxından izləyir. Sevindirici haldır ki, dünyanın 3 ən nüfuzlu reytinq agentlikləri “Standard&Poor`s”, “Moody`s” və “Fitch” ölkəmizin uzunmüddətli yerli və xarici investisiya səviyyəli reytinqləri saxlanılıb”, - deyə nazir qeyd edib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ