RU
Nazirdən torpaq və su ehtiyatları ilə bağlı ÇAĞIRIŞ
11:17
256

Nazirdən torpaq və su ehtiyatları ilə bağlı ÇAĞIRIŞ

Bu gün yağıntıların qeyri-bərabər olması, quraqlığın artması məhdud olan torpaq və su ehtiyatlarını daha da səmərəli istifadəni zəruri edir. 

7News.Az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda ərzaq və kənd təsərrüfatında DİM-lərin yerinə yetirilməsində özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsi Milli Seminarında deyib. 

O bildirib ki, bu məqsədlə dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Nazirin sözlərinə görə, aidiyyəti dövlət orqanları, o cümlədən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi müvafiq tədbirlər planı müəyyənləşdirir.

İ.Kərimov bildirib ki, o cümlədən, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən quraqlığa və xəstəliyə davamlı toxumaların əldə edilməsi istiqamətində iş aparılır:

"Hazırda müasir toxum müəssisələrinin yaradılması istiqamətində iş aparılır. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan elmi-tədqiqat institutları təkmilləşdirilmiş toxum sortları yaradıb. Toxum sortlarının yaradılmasının əsas məqsədi yüksək məhsuldarlıq əldə etməkdir”. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ