Dünya bazarlarında neftin ucuzlaşması prosesi davam edir
7News.Az xəbər verir ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,25 dollar və ya 0,54% azalaraq 45,95 dollar təşkil edib.
Dünya bazarında neft ucuzlaşıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,05 dollar azalaraq 42,87 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,05 dollar azalaraq 44,82 dollar olub.








