RU
Netanyahu Livan prezidenti ilə görüşəcək - 34 ildən sonra
14:40
26

Netanyahu Livan prezidenti ilə görüşəcək - 34 ildən sonra

İsrailin Baş naziri Binyamin Netanyahu ilə Livan prezidenti Cozef Aun arasında görüş keçiriləcəyi təsdiqlənib.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrailin İnnovasiya, Elm və Texnologiya naziri Gila Qamliel İsrail ordusunun radiosuna açıqlamasında bildirib. Onun sözlərinə görə, Netanyahu ilə Aun arasında planlaşdırılan görüş baş tutacaq.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl İsrail və Livan liderlərinin təxminən 34 ildən sonra ilk dəfə görüşəcəyini açıqlamışdı. İsrail tərəfi də bu məlumatı təsdiqləyərək görüşün yaxın vaxtlarda keçiriləcəyini vurğulayıb.

Məlumata görə, tərəflər arasında görüşün bu gün baş tutacağı gözlənilir.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ