İsrailin "Likud” partiyasının sədri Benyamin Netanyahu müdafiə naziri postuna ehtiyatda olan general-mayor Yoava Qallantın namizədliyini irəli sürüb.
7NEWS.Az "Haaretz” qəzetinə istinadən xəbər verir ki, bundan əvvəl, Prezident İsxak Hersoq hökumətin formalaşdırılmasını Benyamin Netanyahuya həvalə edib.
Yeni hökumətin andiçmə mərasiminin 2023-cü il yanvarın 2-dən gec olmadan keçirilməsi gözlənilir.
Baş nazir postunu Netanyahunun özünün tutacağı gözlənilir.
7NEWS.Az








