Nigerin paytaxtı Niameydə Milli Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində azı 3 nəfər həlak olub.
Bu barədə "Reuters" Niger Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Qəza helikopter paytaxt hava limanına eniş edərkən baş verib.
Müdafiə Nazirliyi ölənlər arasında təlimatçının da olduğunu bildirib.
7NEWS.Az








