Osloda gecə klubunda atəş açaraq 2 nəfərin ölümünə, 10 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi bəlli olub.
Bu barədə Oslo polisi məlumat yayıb.
Bildirilib ki, atəş açan şəxs 42 yaşlı İran əsilli Norveç vətəndaşıdır. Hücumun səbəb bəlli olmasa da, bu gün Osloda keçiriləcək Qürur paradı terror təhlükəsi ilə əlaqədar ləğv edilib.
Polis rəsmisi Kristian Hatlo hədəf alınan insanların sayına əsaslanaraq, şəxsin qətl, öldürməyə cəhd və terrorizmdə şübhəli bilinərək saxlanıldığını deyib.
"Bizim qənaətimiz ondan ibarətdir ki, şübhəlinin əhalidə ciddi qorxu yaratmaq istədiyini düşünmək üçün əsaslar var", - Hatlo bildirib.
Hatlo şübhəlinin psixi sağlamlığının da araşdırıldığını qeyd edib./apa
7NEWS.Az








