Son günlər Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevaya qarşı bəzi mətbuat orqanlarında aparılan çirkin kampaniyaya tələbələr biganə qala bilməyiblər.Tələbələr Nurlana xanıma öz dəstəklərini bizə göndərdikləri mesajları vasitəsilə bildirir. Bir neçəsini təbrik edirik:
"Mən Aylan Ağazadə qeyd etmək istəyirəm ki yayılan mənfi informasiyalar heç də həqiqətə uyğun deyil , çünki bizim Universitetimizin Rektoru Nurlana xanım Əliyeva mütəmadi olaraq tələbələrlə görüşlər təşkil edir , həmin görüşlərdə bizim problemlərimiz ilə maraqlanir. Hər zaman bütün tələbələrə müraciət edərək bildirir ki , nə vaxt sizə qarşı haqsızlıq olsa bununla yanaşı bir çətinliyiniz olsa çəkinmədən yanıma gəlib , öz dərdinizi , çətinliyinizi deyə bilərsiniz . Mən hər zaman sizə ananız , yaxın bir qohumumuz kimi dəstək olmağa hazıram. Bu gün mediada rektor haqqında yazılan iftiralar həqiqətən də utanc verici haldır . Çünki Nurlana xanımın bizə münasibəti, qayğısı hər kəsin gözü önündədir .Mən bunu tək öz adımdan yox, Universitetimizin tələbələri adından da deyirəm . Nurlana Əliyeva çox alicənab xanımdır, bununlada o biz tələbələrin sevgisini qazanmışdır. Nurlana xanım natiqdir. O, hec bir çıxışında təhqirlərə yol vermir. Onun gözəl münasibətinin nəticəsini hər bir tələbə görür, bəhrələnir. Həqiqətəndə Nurlana xanımın münasibətini hər birimiz qiymətləndiririk. Bütün tələbə yoldaşlarımı bu kimi iftiralara uymamağa çağırıram”
Daha bir tələbənin fikirləri:
"Mən Sadıqov Murad bildirmək istərdim ki, hər sessiyada olduğu kimi bu ilki yaz sessiyasında da olan imtahanlar da tam şəffaflıqla keçirilir.Artıq imtahanların yarısını arxada qoymağımıza baxmayaraq,hər bir tələbə imtahanların gedişatından razıdır.Müəllimlərlə tələbələr arasındaki münasibət yüksək səviyyədədir. Hörmətli rektorumuz daim tələbələrin qeydinə qalmış və bizlərin hər bir problemi ilə yaxından maraqlanmışdır.Heç bir zaman bizlərə biganə münasibət bəsləməmişdir.Hər zaman biz tələbələri dəstəkləmiş və uğurlarımıza bizimlə birlikdə sevinmişdir.Nurlana xanım sadəcə bizim rektorumuz deyil eyni zamanda bizə daim düzgün yol göstərən pedaqoqdur.Milli dəyərlərimizə çox böyük önəm verən və hər zaman bizləri milli,vətənpərvərlik ruhunda yaşamağı məsləhət görən bir insandır. Biz müasir standartlarla təchiz olunmuş bir universitetdə yüksək səviyyəli təhsil aldığımız üçün ilk öncə universitetimizin rektoru professor Nurlana xanım Əliyevaya öz adımdan və Bakı Slavyan Universitetinin Yeni Azərbaycan Partiyasının idarə heyyəti adından öz təşəkkürümüzü bildiririk. Universitetimizdə son üç ildə baş vermiş əsaslı müsbət dəyişikliklər bizlərin tələbəlik həyatı üçün çox vacibdir.Əvvəllər çox şəraitsiz vəziyyətdə olan tədris binalarımız bu gün müasir təmir olunmuş vəziyyətdədir, auditoriyalar ağıllı lövhələr, kondisionerlərlə təmin olunmuşdur. Həm tədris, həm imtahan prosesi şəffaf və elektronlaşdırılmışdır.Prezentasiyalar təqdim edir, elektron kitabxanaya daxil olub lazım kitabları əldə edirik.İmtahanlarımızın cavabını öyrənmək üçün artıq əvvəl ki, kimi günlərlə gözləyib, dekanlıqlara gedib-gəlmirik sadəcə universitetin saytına daxil olmaqla nəticələrimizdən xəbər tuturuq.<br> Tələbələrin hər birinə fərdi münasibət göstərilir,sosial problemli tələbələr isə xüsusən rəhbərliyimizin diqqətindədirlər. Universiteti rəhbərliyi və Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrimizin sosial vəziyyətinin qeydinə qalmaq üçün il boyu birgə faəliyyət göstərir.Rektorumuz Nurlana xanım Əliyeva hər semestrin əvvəlində və sonunda hər fakültənin tələbələri ilə ayrılıqda görüşlər keçirilir.Bundan əlavə biz BSU tələbələrinin digər universitetlərin tələbələrindən daha şanslı edən bir məqam da rektorumuzun qapısının təkcə xüsusi günlərdə yox bütün tədris ili boyu tələbələrin üzünə açıq olmasıdır.Nurlana xanım tələbənin istənilən problemini şəxsən nəzarətə götürür və onun həlli üçün tapşırıq verir. Universitetimizin ictimai həyati isə xüsusi ilə fərqlənir.Yəqin ki heç bir digər universitetin ictimai həyatı Bakı Slavyan Universitetinin ki qədər zəngin ola bilməz. Universitetimizdə daimi olaraq müxtəlif mədəni-kütləvi, intellektual tədbirlər keçirilir və ən əsası biz tələbələr bütün bu tədbirlərdə ya tamaşaçı,ya iştirakçı və ya birbaşa təşkilatçı qismində daim çıxış edirik.Nurlana xanımın rəhbərliyi ilə universitetdə hər bir tələbənin ictimai və ya elmi sahədə özünü göstərməsi üçün şərait və imkan yaradılıb.Universitetimizin dünyanın yüzlərlə tanınmış universitetlər ilə əməkdaşlığı mövcuddur.Bu da bizə təhsilimizi təmənnasız xaricidə davam etdirə bilmək,yay məktəblərin iştirak etmək şansı yaradır.Slavyan ölkələləri ilə olan əlaqələrimiz isə bizi tamamilə fərqli edir.Hazırda Slavyan ölkələrini universitetləri tərəfindən göndərilən dəvətlə orada təhsil alan və ya təhsil almağa hazırlaşan onlarla tələbə yoldaşlarımız var.Bunun üçün bizdən tələb olunan isə sadəcə yaxşı oxumaqdır. Bir sözlə Bakı Slavyan Universitetinin tələbəsi olmaq öz tələbəyini fərqli və dəyərli edə bilmək şansı deməkdir.”
7News.Az








