Müğənni İbrahim Tatlısəs ailə sirrlərini mediaya ötürən ailə üzvlərini axtardığını açıqlayıb.
7News.Az axşam.az-a istinadən bildirir ki, ifaçının sözləri ötən gündən müzakirələrə səbəb olub. tatlısəs hətta Bodrum məhkəməsinə xəyanət edən şəxsin tapılması üçün şikayət edib.
Şikayət ərizəsindən sonra İbrahimin oğlu Əhməd polis idarəsinə çağrılıb və sorğu-sual edilib. Bu isə hər kəsin beynində yeni suallar doğurub. Türk mediası Tatlısəsə oğlunun xəyanət etdiyini yazıb.
Qeyd edək ki, Tatlısəs "İçimizdəki xəbərçini tapmağa az qaldı. Məncə, mən onu tapmadan o özünü ifşa etsin. Yaxınımdır, bilirəm. Onu çox sevirəm" sözlərini bildirmişdi.
7News.Az








