Oğlunun ona ciyərini verdiyindən xəbərsiz olan ana göz yaşlarına boğuldu - VİDEO

Oğlunun ona ciyərini verdiyindən xəbərsiz olan ana göz yaşlarına boğuldu - VİDEO

Oğul anasına ciyərini verdi. Amma ananın bundan xəbəri yoxdur.

Uzun müddətdir qaraciyər çatışmazlığından əziyyət çəkən 51 yaşlı Mahirə Məmmədovaya orqan köçürülməsi zərurəti yaranıb. Bir çox xəstəxanada riskli qiymətləndirilən əməliyyatın xaricdə mümkün olacağı bildirilib. 

Amma əsas problem məhz donorun tapılmaması olub. Ağır əməliyyat ölkəmizdə həyata keçirilib, donor isə xəstənin doğma oğlu olub. Baxmayaraq ki xəstə özü buna etiraz edib. Elə buna görə də donorun kimliyini Mahirə Məmmədovadan gizlədiblər.

Balasının donor olmağından xəbərsiz ananın əməliyyatı uğurla keçib. Bundan sonra isə o, hər kəsdən niyə oğlunun onun yanına gəlmədiyini soruşda maraqlı bir cavabla qarşılaşıb.

Əməliyyatdan çıxan qadının yanına biz də baş çəkdik. Hal əhval tutduq. Donorun necə tapıldığını, ümumiyyətlə onu görmək istədiyini soruşduq.

Məhz bu an duyğulu anlar yaşanıb. Donorunun oğlu olduğunu görən ana göz yaşlarını saxlaya bilməyib.

Əməliyyatı icra edən transplantoloq Mircəlal Kazimi bildirib ki, əməliyyat çətin olsa da uğurla nəticələnib.

Əməliyyat olunan ana balanın vəziyyəti hazırda qənaətbəxşdir. Hətta oğul sabah evə buraxılacaq. Anası isə hələ bir necə gün xəstəxanada saxlanılacaq. 


Xəbər lenti