RU
“On May” kursu möhtəşəm tədbir keçirdi
11:49
531

“On May” kursu möhtəşəm tədbir keçirdi

Mingəçevirdə "On May” hazırlıq kursu ulu öndərin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar fləşmob keçirib. Ulu öndərin adını daşıyan kurs artıq 5 ildir ki, bu ənənəni davam etdirir. Tədbirdə şagirdlər əvvəlcə şeirlər, mahnılar ifa ediblər. Daha sonra rəqs nömrələri nümayiş olunub.

Artıq 5 ildir ki, "On May” kursları Mingəçevirdə fəaliyyət göstərir.  Təşkilatı işlər üzrə mütəxəssis və tarix müəllimi Ceyhun Atayev bildib ki, kurs fəaliyyəti müddətində bir çox naliyyətlərə imza atıb: "Təbii ki, bu da aparılan düzgün təbliğatın və günün tələbləri ilə uzlaşan təhsilimizin nəticəsidir. Onu da deyim ki, 2016-cı ilin sentyabr ayından kursumuza Ceyran xanım Sultanova rəhbər təyin olunub. Kursumuzda müxtəlif hazırlıq qrupları (ibtidai sinif, məktəbəqədər, abituriyent, dövlət qulluğu, YÖS (məntiq və riyaziyyat), xarici dil, kompyuter, həmçinin V-VIII sinif hazırlığı) kursları fəaliyyət göstərir. Son imtahanda 80 faizdən yuxarı  nəticə əldə olunub. Kursa dövlət qulluğu ilə bağlı müraciətlər daha çoxdur.
Qeyd edim ki, bu tədbirin təşkilatçısı kursun ingilis dili müəlliməsi Sevinc Bağırova və kursun ibtidai sinif müəlliməsi Jalə Qarayevadır. Eyni zamanda kursun rəhbəri Ceyran xanım Sultanovanın da bu işlərin ərsəyə gəlməsində əməyi böyükdür. Kursda xüsusilə gənc nəsl təhsil aldığı üçün onların diqqətini cəlb etmək üçün məhz fləşmob təşkil olunub. Burada milli rəqslər, milli musiqilər və digər dünya xalqlarının müsiqilərinə də üstünlük verilib. Bu tədbirlərimiz valideynlər, şagirdlər və  ictimayyətin nümayəndələri tərəfindən yaxşı qarşılanıb”
Qeyd edək ki, kursa müxtəlif fənlər üzrə hazırılıqla bağlı  müraciətlər çoxalıb.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ