RU
Pakistandan Azərbaycana düyü idxalı gömrük rüsumundan azad edilib
20:40
319

Pakistandan Azərbaycana düyü idxalı gömrük rüsumundan azad edilib

Pakistan İslam Respublikasından Azərbaycana idxal olunan düyü 15 faiz gömrük rüsumundan azad edilir.

7NEWS.Az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.
Pakistan İslam Respublikasından həmin ölkə mənşəli düyü 31 dekabr 2027-ci il tarixinədək idxal gömrük rüsumundan azad edilir.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ