RU
Pakistanın Baş Qərargah rəisi Azərbaycana gəlir
13:44
471

Pakistanın Baş Qərargah rəisi Azərbaycana gəlir

Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 22-də Azərbaycana səfərə gələcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, səfər çərçivəsində Pakistan nümayəndə heyətinin Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Səfər noyabrın 24-dək davam edəcək.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ