Pakistanın daxili işlər naziri Mohsin Naqvi Tehrana yola düşüb.
Bu barədə məlumat yayan İranın dövlət agentliyi "IRNA" səfər çərçivəsində onun İranın yüksəkvəzifəli rəsmiləri ilə görüşərək İran və ABŞ arasında davam edən danışıqlar prosesini müzakirə edəcəyini xəbər verib.
Eyni zamanda, məsələdən məlumatlı mənbənin bildirdiyinə görə, İranın xarici işlər naziri Abbas Araqçi bu gün İsveçrəyə səfər edə bilər. Bununla belə, mənbə planların hələ də dəyişə biləcəyini qeyd edib.
Vasitəçi ölkələrin mənbələri bildiriblər ki, Araqçi bir sıra xarici həmkarlarına Livandakı atəşkəsin ABŞ-İran danışıqlarının gələcəyi üçün "həlledici məsələ” olduğunu çatdırıb.
Məlumata görə, İran rəsmiləri danışıqlar üçün İsveçrəyə yollanmazdan əvvəl Livandakı atəşkəsin davamlı olacağına əmin olmaq istədiklərini vurğulayıblar.








