RU
Ölkə üzrə 61 cinayətin üstü açıldı, 148 nəfər saxlanıldı
12:50
23

Ölkə üzrə 61 cinayətin üstü açıldı, 148 nəfər saxlanıldı

İyunun 19-da ölkə üzrə bir sıra cinayətlərin açılması və axtarışda olan şəxslərin saxlanılması təmin olunub.
 Daxili İşlər Nazirliyinin məlumatına görə, əvvəlki dövrlərdən bağlı qalan 12 hadisə də daxil olmaqla ümumilikdə 61 cinayətin üstü açılıb.

Axtarışda olan 148 nəfər saxlanılıb və aidiyyəti üzrə təhvil verilib. Onlardan 125-i borclu şəxs qismində axtarışda olub.

Bundan əlavə, narkotiklərlə əlaqəli 25 fakt, qanunsuz silah-sursatla bağlı isə 12 hal aşkarlanıb. Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər də saxlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ