RU
Bazar günü 36 dərəcə isti olacaq - Proqnoz
14:33
23

Bazar günü 36 dərəcə isti olacaq - Proqnoz

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-24°, gündüz 27-32° isti olacaq.

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında isə bəzi yerlərdə arabir yağış, şimşək və dolu ehtimalı var. Ayrı-ayrı ərazilərdə qısamüddətli intensiv yağıntıların düşəcəyi bildirilir. Dağlıq ərazilərdə gecə və səhər duman müşahidə oluna bilər.

Havanın temperaturu bölgələr üzrə gecə 21-26°, gündüz 31-36°, dağlarda isə gecə 9-14°, gündüz 19-24° isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ