“Parlament bu qərarı verməklə Azərbaycanın siyasi həyatında müsbət ənənənin əsasını qoymuş olur” - Azay Quliyev

"Bu gün biz qeyri-adi bir məsələni müzakirə edirik. Müasir və müstəqil Azərbaycan tarixində yeni bir ənənənin əsasını qoyuruq. Milli Məclis öz təşəbbüsü ilə parlamentin buraxılması mexanizmini işə salmaq üçün toplaşıb və müzakirə aparır. Hesab edirəm ki, parlament bu qərarı verməklə Azərbaycanın siyasi həyatında yeni bir ənənənin, yeni bir mədəniyyətin tətbiqinin əsasını qoymuş olur”.
7News.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxış edən deputat Azay Quliyev deyib.
O, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının və parlamentdə təmsil olunan deputatların təşəbbüsünün bu vaxtda irəli sürülməsini təqdirəlayiq hal olduğunu bildirib:
"Həmkarlarımın da qeyd etdiyi kimi, belə bir təşəbbüs heç şübhəsiz ki, Azərbaycanda həyata keçirilən islahatların ruhuna və trendinə uyğun olan yeni bir parlamentin formalaşmasına şərait yaradacaq. Heç şübhəsiz ki, həmin islahatların da qanunvericilik səviyyəsində töhfələr verməsi üçün əlavə imkanlar əldə olunacaq. Yeni Azərbaycan Partiyası bu təklifi irəli sürən zaman kifayət qədər fikirlərini açıq şəkildə bildirmiş, arqumentlərini qeyd etmiş və hansı motivlərlə çıxış edərək belə bir təşəbbüsün irəli sürülməsini ifadə etmişdir. Məncə, bu barədə əlavə danışmağa ehtiyac yoxdur”.
Azay Quliyev bir məsələni də qeyd edib: "Bu gün YAP çox böyük cəsarətlə islahatlara yeni nəfəs vermək, parlamentə üzv olan deputatların mandatının yenilənməsi üçün xalqa müraciət etmək qərarına gəlib. Bu, onunla izah olunmalıdır ki, hazırda məqsəd həyata keçirilən islahatlara xalqın da dəstəyini bir daha qazanmaq və bu dəstəyin parlament səviyyəsində ehtiva olunmasına nail olmaqdan ibarətdir. Şübhə etmirəm ki, YAP-ın məhz seçki öncəsi əsas şüarlarından biri islahatlarla bağlıdır.
Hesab edirəm ki, erkən parlament seçkilərinin keçirilməsi təşəbbüsü həm də ona imkan yaradacaq ki, qanunvericilik hakimiyyəti ilə icra hakimiyyəti arasında daha dəqiq balansın formalaşması və tənzimlənməsi həyata keçirilsin. Əlaqə və əks-əlaqə bugünkü günümüzün tələblərinə uyğun şəkildə təşkil edilsin. Bir məsələni də unutmamalıyıq ki, YAP dünya təcrübəsinə əsasən belə bir təşəbbüslə çıxış edib. Özünün parlamentdəki səs çoxluğundan isifadə edərək, gələcək strateji hədəflərinə çatmaq və milli maraqlarımızı təmin etmək üçün belə bir təşəbbüs irəli sürüb. Hansı ki, bu da təqdir olunmalı və dəstəklənməlidir”.
"Hesab edirəm ki, qəbul olunacaq bu qərar bütövlükdə Azərbaycanda fəaliyyət göstərən bütün siyasi qurumların, partiyaların maraqlarına uyğundur və parlamentdə iştirak edən və təmsil olunan siyasi partiyaların nüayəndələri də bu təşəbbüsü dəstəkləyəcəklər”,-deyə Azay Quliyev əlavə edib.
7News.Az
Xəbər lenti
-
22:03“EuroHome”un qarşısında bədbəxt hadisə: iki nəfər öldü
-
21:47"3 qiymətlə oxuyan gənclər potensial terrorçudurlar" - Elman Nəsirovdan növbəti ŞOK FİKİR
-
21:42Armen Qasparyan: "Paşinyan unudur ki, inqilab hər zaman özünün qurucularını yeyir"
-
21:33Sarqsyanın qardaşı oğlu Ermənistana ekstradisiya olunacaq
-
21:23Qadınla intim görüntüləri yayılan millət vəkilindən ŞOK ADDIM - FOTO
-
21:16Dəmiryolu stansiyasında biabırçılıq: Qızla oğlan tutuldu (18+VİDEO)
-
19:54Nərmanovda zirzəmisi gölə çevrilən bu bina hər an uça bilər: AİDİYYATI QURUMLARIN MƏSULİYYƏTSİZLİYİNƏ GÖRƏ – VİDEOREPORTAJ
-
18:00Bu geyimi geyən qadınlar təcavüz təhlükəsi yaşamayacaqlar- FOTO
-
17:50"Bu qədər aşağı salmazlar..." - Aytən kələğayı ilə fotosessiya etdirən modelləri tənqid etdi
-
17:40Firuzə İbadova İlhamənin oğlunun 7 min borcunu bağışladı
-
17:32“Azərbaycan Könüllülük Həftəsi”nin başa çatması ilə əlaqədar tədbir təşkil olunub - FOTOLAR
-
17:30Xəstəxanada kütləvi qətl törədən şəxs intihar etdi
-
17:25Prezident Mədət Quliyevə yeni vəzifə verdi (SƏRƏNCAM)
-
17:22Prezident Nazirlər Kabinetinə yeni səlahiyyət verdi
-
17:11UTGDİB “ Sağlam həyat tərzi GMO- Geni Modifikasiya olunmuş ərzaq bitkilərinin orqanizmə təsiri” layihəsini reallaşdırdı
-
17:10Təranə Səmədova TANINMAZ HALDA - FOTO
-
17:05“Muğanbank”ASC -də yeni təyinat
-
17:00"Gecə barlarında çox çətin günlərim keçib" - Məşhur rəqqasə etiraf etdi
-
16:56Naməlum qadın toyda şok yaratdı: “Toyu dayandırın! O mən olmalıydım” - VİDEO
-
16:51Kəmaləddin Heydərov 51 yaşlı generalı işdən çıxardı (FOTO)
-
16:50Uşağını dodağından öpən valideynlərin NƏZƏRİNƏ! - Gələcək həyatda... - FOTO
-
16:49Millət vəkili olmaq istəyən Afaq Bəşirqızı görün kimi söydü - "Qeyrətin olsun..." / VİDEO
-
16:47Prezident İlham Əliyev Keniya Prezidentini təbrik edib
-
16:44Azərbaycan-Pakistan Birgə Komissiyasının tərkibində dəyişiklik edilib
-
16:40Xaricdə münaqişə ocaqlarında yetim qalmış azərbaycanlı uşaqların bir qismi...
-
16:39"Dedilər, sevgilim ərəb şeyxidir" - Aygün Kazımova
-
16:30“Açıq geyindiyimə görə, məni alan olmayacaq” - Türkan Vəlizadə - VİDEO - FOTO
-
16:24Fədayə Laçınla görüşən Tacir Şahmalıoğlu: “Milləti tamarzı qoymağa haqqımız yoxdur” - VİDEO
-
16:23Rusiyanın baş prokuroru bakılıya vəzifə verdi
-
16:21Bakıda seksual manyak azyaşlı məktəbliləri zorladı - MƏHKƏMƏ
-
16:20Əməkdar artist rayonda özünə MALİKANƏ TİKDİRDİ: Halal evimdir - FOTO
-
16:10Balayında bədbəxt hadisə - Yeni evlənən cütlüyün faciəsi - FOTO
-
16:00Uşaq 4 saat xəstəxanada betonun üstündə qaldı - İşə Baş nazir qarışdı - FOTO
-
15:56Bakıda qadın evdən 10 min manatlıq qızıl oğurladı
-
15:52Uşağın gözü önündə toyuğu vəhşicəsinə öldürdu - 5 il HƏBS CƏZASI ALDI
-
15:50Təyyarədəki çatı yapışqan lentlə bağladı - FOTO
-
15:42CNN Lerikdəki uzunömürlülərdən yazdı - FOTO
-
15:40Rusiyada azərbaycanlı bəy toyda əsəbiləşib görün nə etdi - VİDEO
-
15:31Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib - FOTO
-
15:30Yanan avtomobili idarə edən sərxoş qadın təhlükəli vəziyyət yaratdı - VİDEO
Digər xəbərlər
-
SİYASƏT
Prezident Mədət Quliyevə yeni vəzifə verdi (SƏRƏNCAM)
-
MANŞET, SİYASƏT
Prezident Nazirlər Kabinetinə yeni səlahiyyət verdi
-
MANŞET, SİYASƏT
Prezident İlham Əliyev Keniya Prezidentini təbrik edib
-
MANŞET, SİYASƏT
Azərbaycan-Pakistan Birgə Komissiyasının tərkibində dəyişiklik edilib
-
MANŞET, SİYASƏT
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib - FOTO
-
MANŞET, SİYASƏT
İlham Əliyev və İordaniya Kralının təkbətək görüşü olub - FOTO
-
MANŞET, SİYASƏT
İlham Əliyev İordaniyanın kralını qarşıladı - FOTO
-
SİYASƏT
YAP-dan parlament seçkiləri ilə bağlı QƏRAR – Səlahiyyətli nümayəndələr təyin edildi
-
SİYASƏT
ANS ÇM-lə bağlı Prezidentə müraciət edilib