RU
lombard
Paşinyanın babası haqda biabırçı fakt üzə çıxdı – Böyük skandal
16:49
771

Paşinyanın babası haqda biabırçı fakt üzə çıxdı – Böyük skandal

 Ermənistan Baş naziri Nikol Paşinyanın Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi ilə bağlı paylaşımı dəhşətli faktın üstünü açıb.

7News.Az xəbər verir ki, erməni mediasının yazdığına görə, onun babasının da adı Nikol Paşinyan olub.

N.Paşinyanın babasının fotosunu paylaşmasından sonra dərhal yazılan şərhlərdə bildirilib ki, məhz Nikol Vardani Paşinyan 1943-cü ildə faşist Almaniyası sıralarında, Qaregin Njdenin legionunda döyüşüb.

Bunun ardınca Ermənistan Müdafiə Nazirliyi təkzib axtarışına çıxıb və gülünc bir açıqlama yayıb. Bildirilib ki, Yenokovan kəndindən müharibədə iki Nikol Paşinyan iştirak edib. Onlardan biri SS sıralarında döyüşüb, digəri Sovet ordusunda.

"Baş nazirin babası Nikol Paşinyan Sovet ordusunda döyüşüb”, – nazirlikdən verilən açıqlamada bildirilib.

Sosial şəbəkə istifadəçiləri isə Müdafiə Nazirliyini faktları təhrif etməkdə, müharibə arxivini saxtalaşdırmaqda və "İkinci Nikol Paşinyan” uydurub, baş nazirin babasını təmizə çıxarmaq cəhdində ittiham ediblər. /Axar.az

 

Paşinyanın babası haqda biabırçı fakt üzə çıxdı – Böyük skandal

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ