RU
22:50
602

"Patriot"ların Ukraynaya verilməsi psixoloji dönüş nöqtəsidir - Kuleba

Ukraynanın "Patriot” hava hücumundan müdafiə sistemini alması silah təchizatında "psixoloji dönüş nöqtəsi” olub. "Ölkə.az" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba RBC-Ukrayna nəşrinə bildirib.

Onun sözlərinə görə, Ukrayna bir ildən çox Patriot uğrunda mübarizə aparıb və nəhayət, onları əldə edib.
"Bu, silah tədarükü sahəsində irəliyə doğru böyük addım sayıla bilər, çünki ABŞ əvvəllər bu sistemi Ukraynaya verməkdən imtina edib" - , deyə o qeyd edib.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, Ukraynaya yeni yardım paketinə "Patriot” hava hücumundan müdafiə sistemləri daxil olacaq.

Ümumilikdə 1,85 milyard dolların ayrılacağı bildirilir.

Bundan əvvəl ABŞ-ın Ukraynaya 1,8 milyard dollarlıq hərbi yardım paketi göndərəcəyi və bu paketə ilk dəfə olaraq "Patriot” hava hücumundan müdafiə sistemlərinin daxil olacağı bildirilirdi.

Yeni paketə Patriot hava hücumundan müdafiə sistemi ilə yanaşı qırıcılar üçün yüksək dəqiqlikli raketlər də daxil olacaq.

Agentlik bildirir ki, bu tədarüklər ABŞ-ın Ukraynaya hava hücumundan müdafiə sistemini gücləndirmək üçün qabaqcıl silahların göndərilməsinə işarədir./olke
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ