RU
Paytaxtın bir rayonu susuz qalacaq
11:41
232

Paytaxtın bir rayonu susuz qalacaq

Bakının Xətai rayonunda içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Bu barədə 7News.Az-a "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllıməlumat verib.

O bildirib ki, paytaxtın Xətai rayonu ərazisində yeni çəkilmiş magistral su kəmərlərində görülən işlərlə əlaqədar içməli suyun verilişində fasilələr yaranacaq:

"Xətai rayonu ərazisində yeni çəkilmiş magistral su kəmərlərindən şəbəkələrə birləşmələrin verilməsi ilə əlaqədar gün ərzində Xətai rayonunun bir hissəsinə (Seyid Əzim Şirvani, Qaçaq Nəbi, Neapol, General Şıxlinski, Sarayevo, Məzahir Rüstəmov, Məhəmməd Hadi, Cavanşir  küçələri və s.) içməli suyun verilməsində məhdudiyyətlər olacaq” .

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ