Rusiyanın Penza vilayətində yerləşən "Wildberries" şirkətinin anbarı pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
"Komsomolskaya pravda" xəbər verir ki, bu barədə Penza vilayətinin qubernatoru Oleq Melniçenko məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində bir nəfər xəsarət alıb. Təxminən 200 əməkdaş təxliyə edilib.
Qubernator bildirib ki, anbar kompleksinin ərazisində açıq alov müşahidə olunur.
Yanğının söndürülməsi üçün hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.








