Peruda 5.3 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Qurumun məlumatına əsasən, seysmik hadisənin episentri təxminən 310 min nəfər əhalisi olan Pukalpa şəhərindən 49 kilometr şimal-şərq istiqamətində yerləşib.
Yeraltı təkanların ocağı 152 kilometr dərinlikdə qeydə alınıb. Təbii fəlakət nəticəsində hər hansı dağıntı və ya xəsarət alanlar barədə hələlik rəsmi məlumat daxil olmayıb.








