7NEWS.az xəbər verir ki, Peru Respublikaçılar Konqresində çərşənbə günü keçirilən səsvermə nəticəsində ölkənin yeni prezidenti seçilən Dina Boluarte qısa müddət sonra qurultayda and içib. Keçmiş prezident Pedro Kastilyo hökumətində vitse-prezident vəzifəsində çalışmış 60 yaşlı solçu vəkil Dina Boluarte həm də ölkənin ilk qadın dövlət başçısı oldu. Konqresdə kürsüdə "Tanrı, vətən və konstitusiya” mövzusunda and içdikdən sonra qanunun tələb etdiyi kimi bu gündən 2026-cı il iyulun 28-dək vəzifəsinin icrasına başlayacağını bildirən Dina Boluarte milli suverenliyi müdafiə edəcəyinə söz verib.
7NEWS.az








