RU
Peskov: Biz qazla bağlı Rusiyanın ünvanına çoxlu irad eşidirik
17:20
361

Peskov: Biz qazla bağlı Rusiyanın ünvanına çoxlu irad eşidirik

Son günlər Rusiyanın qaz tədarükü ilə bağlı vəziyyətdən başqa ölkələrə təzyiq etmək üçün istifadə etdiyinə dair çoxlu irad eşidilir, lakin bunlar tamamilə yalan bəyanatlardır, Moskva onları qəti şəkildə rədd edir.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Son günlər biz çoxlu qınaqlar eşidirik. Bunlar xanım von der Leyen və Aİ-nin, Avropa paytaxtlarının digər nümayəndələri tərəfindən səsləndirir. Biz Rusiyanı tənqid edən məzəmmətlər eşidirik. Guya Rusiya qaz vəziyyətindən şantaj, siyasi təzyiq və s. üçün istifadə edir”, - Dmitri Peskov qeyd edib.

Kremlin sözçüsü xatırladıb ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin "tam şəkildə izah edib ki, heç bir təzyiq və ya şantajdan danışmaq olmaz".

"Bunlar tamamilə yalan bəyanatlardır, biz bunu qəti şəkildə inkar edirik", - Peskov vurğulayıb.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ