RU
Polis daha bir vətəndaşın həyatına son qoydu
17:00
1236

Polis daha bir vətəndaşın həyatına son qoydu

ABŞ-da polis daha bir vətəndaşın həyatına son qoyub.

Hadisə Kaliforniya ştatının Antioxiya bölgəsində baş verib. Belə ki, 2020-ci il dekabrın 23-də Ancelo Quintonun ailəsində münaqişə yaşanıb. Bu zaman hadisə yerinə polislər gəlib. Polislərdən biri məsələnin məğzini müəyyənləşdirmədən sözügedən şəxsi yerə uzadaraq 5 dəqiqə boynunu sıxıb. Bundan 3 gün sonra isə gənc adam ölüb.

Ailə vəkillərinin isə narahatlıq və depressiya əziyyət çəkən Quintonun ölümündə Antioxiya polisini günahlandırdığı bildilib. Vəkillər yaşanan hadisə nəticəsində Quintonun huşunu itirdiyini, yerli xəstəxanaya aparıldığını və üç gün sonra öldüyünü vurğulayıblar. Onlar diqqətə çatdırıblar ki, polis təxminən 2 aydır ki, məsələ ilə bağlı mətbuata açıqlama vermir. Kontra Kosta rayon Polis Şöbəsi isə ölüm səbəbinin hələ də aydın olmadığını və məsələnin Prokurorluq tərəfindən araşdırıldığını deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ