RU
Polisdən yolda qalan nasaz avtomobillərə dəstək – VİDEO + FOTO
13:08
377

Polisdən yolda qalan nasaz avtomobillərə dəstək – VİDEO + FOTO

Havaların isti keçməsi yollarda da müəyyən problemlərə səbəb olur. Baş Dövlət Yol Polisinin yaydığı rəsmi açıqlamada qeyd olunur ki, yol qəzalarının əksəriyyəti günün isti vaxtlarına – günorta saatlarına təsadüf edir. Bu da, əlbəttə, sürücülərin peşəkarlığından və avtomobilin saz vəziyyətdə olmasından meydana gələn haldır. Sözsüz ki, qəza ən ağır variantdır. Ən yaxşı halda avtomobil yolda xarab olub qalır. Amma bunun pis tərəfi də var. Nəqliyyat vasitəsi yolun ortasında bir dəqiqə dayananda bəzən saatlarla tıxac yaranmasına səbəb olur. Belə hallar ölkənin bir çox yollarında yaşanır. Təəssüf ki, bu cür hadisə ilə üzləşən sürücülərə kömək edən də olmur.

7news.Az Avtosfer.az-a istinadən təqdim etdiyi video Bakı-Sumqayıt yolunda çəkilib və oxuculardan biri tərəfindən göndərilib.

Oxucu yazır ki, günortaya yaxın Sumqayıta gedərkən yol polisi əməkdaşlarının yolda xarab olmuş avtomobili itələyib kənara çıxardığının şahidi olub. Günortadan sonra Bakıya qayıdanda da buna bənzər hadisənin şahidi olub və polislərə günün qızmar vaxtında sürücülərə kömək etdikləri üçün təşəkkürünü bildirib.

Görüntülərdən də aydın olur ki, günün qızmar vaxtlarında iki avtomobil yolda qalıb. Hadisələrdən biri Xırdalan dairəsindəki tuneldə, digəri isə Bakı Beynəlxalq Avtovağzalının qarşısında yaşanıb. Hər iki avtomobilin yolda qalması tıxaca səbəb olur. Bunu kamera vasitəsilə izləyən Baş DYPİ-nin Yol-Patrul Xidməti Alayının Ekoloji nəzarət bölüyünün əməkdaşları sürücülərin köməyinə gəlib.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ