7News.az xəbər verir ki, Polşanın cənub-şərqində törədilən bıçaqlı hücum nəticəsində bir keşiş həyatını itirib, dörd nəfər isə xəsarət alıb. Yaroslav şəhərindəki katolik monastırının ərazisində baş verən hücumlardan sonra 31 yaşlı Ukrayna vətəndaşı olan şübhəli şəxs saxlanılıb.








