RU
lombard
Prezident Ağcabədidə “ASAN xidmət” mərkəzinin açılışında - FOTO
17:52
425

Prezident Ağcabədidə “ASAN xidmət” mərkəzinin açılışında - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Ağcabədidə "ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin başçısına məlumat veriblər.

Dövlətimizin başçısı mərkəzin açılışını edib.

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev ASAN könüllüləri ilə görüşüb.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ