RU
Prezident Milli Məclisə 2 layihə göndərib
12:23
831

Prezident Milli Məclisə 2 layihə göndərib

Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında "Uşaq hüquqları haqqında" və "Telekommunikasiya haqqında" qanunlara təklif edilən dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.


Hər iki layihə barədə məlumat verən komitə sədri Aqiyə Naxçıvanlı bildirib layihələr prezidentin təqdimatı ilə parlamentə daxil olub.

"Uşaq hüquqları haqqında" qanunun 15-ci maddəsinə təklif olunan əlavəyə əsasən, uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir. Dəyişiklik uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan onların qorunmasının müvafiq qanunla tənzimlənməsini nəzərdə tutur.

"Telekommunikasiya haqqında" qanuna isə 3 yeni maddənin əlavə edilməsi təklif olunur.

Belə ki, təklif edilən 33.1.3-1-ci maddəyə görə abunəçinin müraciəti əsasında uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan onların qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz isitifadə imkanlarını təmin etmək, eləcə də 34.1.2-1-ci maddədə sağlamlığına və inkişafına ziyan vuran informasiyadan onların qorunması üçün tədbirlər görülməsini tələb etmək və sonda bu qanunun 33.1.3-1-ci maddəsində göstərilən vəzifənin həyata keçirilməsi üçün abunəçinin razılığı (etirazı) lazımdır.

Həmçinin, dəyişiklik layihəsi telekommunikasiya operatorlarının uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz isitifadə imkanlarını təmin etmək vəzifəsini, eləcə də telekommunikasiya istifadəçilərinin isə bu cür informasiyadan qorunması məqsədi ilə müvafiq tədbirlər görülməsini telekommunikasiya operatorlarından tələb etmək hüququnu nəzərdə tutur.
Müzakirədən sonra dəyişiklik layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub./azvision.az

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ