RU
lombard
Prezidentdən fərman: Sərhədyanı və dağlıq ərazilərdə yaşayan gənc sahibkarlara güzəştli kreditlər ayrılacaq
17:51
179

Prezidentdən fərman: Sərhədyanı və dağlıq ərazilərdə yaşayan gənc sahibkarlara güzəştli kreditlər ayrılacaq

Sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, o cümlədən, fermer təsərrüfatı, digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərə güzəştli kreditlər ayrılacaq.

7News.Az-ın xəbərinə görə, bununla bağlı "Dövlət gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29 iyul tarixli 169 nömrəli fərmanında dəyişiklik edilib.

Müvafiq fərmanı aprelin 1-də Prezident İlham Əliyev imzalayıb.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ