RU
Prezidentin mühafizə xidmətinin keçmiş əməkdaşları azadlığa çıxdılar
12:35
571

Prezidentin mühafizə xidmətinin keçmiş əməkdaşları azadlığa çıxdılar

Azərbaycan prezidentinin mühafizə xidmətinin keçmiş əməkdaşı Müşfiq Mədətov və onun dostu Vəli Vəliyev azadlığa çıxıblar.

7news.Az xəbər verir ki, bu barədə Virtualaz.org-a məlumatlı mənbələrdən informasiya daxil olub.

Qeyd edək ki, oktyabrın 14-də hüquq-mühafizə orqanlarının əməkdaşları, Müşfiq Mədətova silahlı hücumdan sonra onları saxlamışdı.

Xatırladaq ki, M.Mədətov onu bıçaqlamış xuliqanların hücumunun qurbanı olub. Məişət zəminində başlayan münaqişə sonradan dramatik əhvalata çevrilib – bundan sonra xuliqanlar polisə atəş açıb və nəticədə, polis rəisinin müavini Orxan Axundzadə ağır yaralanıb.

Hazırda hadisənin araşdırılması davam etdirilir.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ