RU
Putin: “ABŞ Çinin inkişafının qarşısını ala bilməyəcək”
20:50
623

Putin: “ABŞ Çinin inkişafının qarşısını ala bilməyəcək”

Rusiya hər zaman idmanın siyasiləşdirilməsinə qarşı olub.

7NEWS.Az-ın verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin illik böyük mətbuat konfransında bildirib.
ABŞ-ın Pekində keçiriləcək Qış Olimpiya oyunlarını diplomatik boykot etməsinə münasibət bildirən Rusiyanın dövlət başçısı bunu səhv addım adlandırıb.

Putin ABŞ-ın keçmiş prezidentlərindən biri ilə bu mövzu danışdığını və həmin keçmiş prezidentin 1980-ci ildə Moskvada keçirilən olimpiadanı boykot etmələrini düzgün olmadığını etiraf etdiyini söyləyib: "ABŞ indi də həmin səhvi təkrarlayır”.

Rusiya prezidenti ABŞ-ın Çində keçiriləcək Qış Olimpiya Oyunlarını diplomatik boykot etməsinin bir məqsədinin olduğunu söyləyib: "Məqsəd iqtisadiyyatı böyüyən, inkişaf edən Çinin qarşısını almaqdır. Bir neçə ildən sonra Çin iqtisadiyyatı dünyanın ən nəhəng iqtisadiyyatı olacaq. Onlar bunu bilirlər və bunu bildikləri üçün Çinin qarşısını almağa çalışırlar. O ki, qaldı Rusiyaya, Rusiya hər zaman idmanın siyasiləşdirilməsinə qarşı olub”
 
 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ